Ayrınc kəndində yeni üzüm bağı salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayon Ayrınc kəndində 0.6 hektar sahədə yeni üzüm bağı salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan  ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub.

Həmin gün yaşıllıq sahələrində və meyvə bağlarında da bərpa məqsədi ilə yeni meyvə tingləri əkilib. Şahbuz şəhərindəki Ümummilli liderin adını daşıyan Mədəniyyət və İstirahət Parkına da dekorativ bitkilərin toxumları səpilib. Eyni zamanda Naxçıvan-Batabat magistralının kənarlarında həmişəyaşıl və çinar ağaclarının əkini həyata keçirilib. Rayondakı 3 hektarlıq tingçilik sahəsinə badam və cəviz tumları və dekorativ bitkilərin toxumları əkilib.

Qeyd edək ki, ötən ildə rayon ərazisində iməciliklər yolu ilə 4,8 hektar sahədə meyvə bağı salınıb.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: