Tivi kəndində vətəndaşlara səyyar xidmət göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, komitənin səyyar xidmət qrupu Ordubad rayonunun Tivi kəndində olub. Tivi kəndi və ətraf yaşayış məntəqələrindən daşınmaz əmlak və torpaq sahələri ilə bağlı 31 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Texniki sənədlərin hazırlanması üçün ən müasir geodeziya-ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib. Qəbul edilmiş sənədlər Komitənin Ordubad Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: