Bu gün Naxçıvan teleradiosu 94 yaşını qeyd edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlayıb.

Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçib. Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü şübhəsiz ki, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərə təsadüf edir. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda Sovet İttifaqına ən böyük etirazın tribunasına çevrilib, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşüb. Naxçıvan teleradiosu Ümummilli Liderin 1990-cı ilin yayında Naxçıvana gəlməsini, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini yayınlamış, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Ümummilli Liderin əsas söz tribunasına çevrilmişdir. Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 24-də Ulu Öndərə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalıb.

Bu gün Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əhatə edən rəngarəng televiziya verilişləri və filmlər hazırlayır. Peyk yayımı vasitəsilə fəaliyyətini daha da genişləndirən teleradio qurumu öz proqram və verilişlərini daha geniş auditoriyaya çatdırmağa nail olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: