Bu gün NUHCİXAN.AZ-ın fəaliyyətə başlamasından 8 il ötür.
NUHÇIXAN 2018-ci il aprelin 1-də Azərbaycan, rus və ingilis dillərində fəaliyyətə başlayıb. Ötən 8 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
NUHÇIXAN-ın fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Agentlik tez bir zamanda geniş oxucu və izləyici auditoriyası qazana bilib.
Bu gün muxtar respublikada media sahəsində müşahidə edilən aktivlikdə “NUHÇIXAN”ın rolu danılmazdır. Portal Naxçıvanda fəaliyyət göstərən təşkilatların mətbuat xidmətlərini öz ətrafında toplayaraq muxtar respublika həqiqətlərini, görülən məqsədyönlü işləri geniş auditoriyaya çatdırır.
Qeyd edək ki, 8 il ərzində NUHÇIXAN-da 139 mindən çox xəbər yerləşdirilib.
Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Nuhcixan.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.
“NUHÇIXAN” bütün oxucularına, həmçinin ötən müddət ərzində media orqanı ilə əməkdaşlıq edən dövlət qurumlarına, deputatlara, QHT-lərə, vəkillərə, səfirliklərə, ekspertlərə təşəkkür edir, uğurlar arzulayır!
