Məişət zorakılığından zərər çəkmiş 300-ə yaxın şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində 2021-ci ildən etibarən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  NUHÇIXAN-a verilən məlumata görə, şöbədə ötən dövr ərzində məişət zorakılığından zərər çəkmiş 291 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 105-i qadın, 186-sı uşaqdır. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial xidmət və sosial-məsləhət yardımı göstərilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: