ÜST: Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır

A- A A+

Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır və bu rəqəm təxminən 61 milyon insan deməkdir.

NUHÇIXAN Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistik göstəricilərinə istinadla xəbər verir ki, uşaqlar arasında orta hesabla hər 100 uşaqdan birində autizm müşahidə olunur.

Məlumata görə, bu rəqəmlər orta göstəricidir və ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə real göstəricilər tam məlum deyil.

Son illərdə artım müşahidə olunsa da, bu, bəzən diaqnostika imkanlarının genişlənməsi, autizimlə bağlı maarifləndirmənin artması ilə əlaqələndirilir.

Ölkəmizdə isə autizmlə bağlı rəsmi statistik göstərici məlum deyil, lakin son illərdə Azərbaycanda diaqnozların sayında artım müşahidə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: