“Naxçıvan xalçaları” mövzusunda açıq dərs

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan xalçaları” mövzusunda açıq dərs keçirilib. Məşğələdə Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsi iştirak edib.

Mərkəzin elmi katibi Emin Məmmədov tələbələrə Naxçıvan xalçaları barədə geniş məlumat verib.

Qeyd olunub ki, xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad və Culfa bölgələrində daha geniş yayılıb. Son illərdə Naxçıvan xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Belə tədbirlərdən biri də Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması olub. Bununla yanaşı peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi təşkil olunub.

Naxçıvan xalça­çılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. “Naxçıvan xalça­çıları” kitabının, “Azərbaycan xalçaları – Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması xalçaların toxuma üsullarının öyrənilməsində, xalçaçılıq məktəbi ənənələrinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: