NAXÇIVAN TELERADİOSU İŞÇİ QƏBULU ELAN EDİR

A- A A+

NAXÇIVAN TELERADİOSU AŞAĞIDAKI VƏZİFƏLƏR ÜZRƏ İŞÇİ QƏBULU ELAN EDİR:
- Vəzifələr
Baş Mühasib

Baş məsləhətçi – satınalma işləri üzrə

- Namizədlərə tələblər

  • Dövlət büdcəsindən ayrılmış və büdcədən kənar vəsaitlərin təyinatı üzrə səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
  • Müvafiq qanunvericiliyə uyğun olaraq aktiv və öhdəliklərin uçotunu həyata keçirmək, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarını aparmaq, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə rəhbərliyə təkliflər vermək;
  • İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
  • Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
  • Dövlət orqanlarına hesabatları (vergi, DSMF, statistika) təqdim etmək;
  • Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və müvafiq orqanlara göndərilməsi üçün rəhbərliyə təqdim etmək;
  • Maliyyə, büdcə, ştat, kassa və qanunvericiliklə nəzərdə tutulmuş norma və intizamlara riayət etmək;
  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Dövlət qurumlarında ən azı müvafiq sahələr üzrə 3 il iş təcrübəsi,

  • Baş mühasib vəzifəsinə isə hən də PMS sertifikatı  tələb olunur

  • Satınalma qanunvericiliyi və normativ-hüquqi aktlar üzrə biliklər (baş məsləhətçi vəzifəsi üçün)
  • Rəsmi sənədlərlə işləmək bacarığı
  • Analitik düşünmə və məsuliyyətlilik
  • Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
  • -Vəzifə öhdəlikləri (ümumi)
  • Satınalma proseslərinin qanunvericiliyə uyğun təşkili və icrası
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müşayiəti
  • Rəsmi yazışmaların aparılması
  • Daxili normativ sənədlərin hazırlanmasında iştirak
  • Aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq

- Müraciət qaydası
Uyğun namizədlər CV-lərini aşağıdakı əlaqə vasitələri ilə təqdim edə bilərlər:

- Telefon: (036) 545 49 47

- Rəsmi sayt: ntv.az
- E-mail: [email protected]
- Instagram: naxcivantv.az 
-Facebook: NaxcivanTeleviziyasi

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: