“Şahtaxtı” gömrük postunda fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları ilə bağlı təlim keçirilib - FOTOLAR
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda “Fövqəladə hadisələr, o cümlədən yanğın zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.
Baş idarədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin məqsədi fövqəladə hallar, o cümlədən yanğın hadisələri ilə bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirdə öncə fövqəladə hallar, o cümlədən yanğın hadisələri zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə məlumat verilib.
Praktiki hissədə isə “Şahtaxtı” gömrük postunda fövqəladə hadisələr zamanı xəsarət alanların xilas edilməsi, ilk tibbi yardımın göstərilməsi, ərazilərdə baş verən yanğınların söndürülməsi və fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tapşırıqlar icra olunub.
Sonda əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.