DİN: Növbəti əməliyyat zamanı 43 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

A- A A+

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adamöldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kiloqram 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Hər 3 şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazac əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: