Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: