Naxçıvanda Aprel şəhidi Rasim Məmmədovun anım günü qeyd olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri qəsəbəsində Aprel döyüşlərində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Rasim Məmmədovun anım günü keçirilib.

NUHÇIXAN xəbər verir ki,  şəhidin məzarı önündə təşkil olunan tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət üzvləri, ağsaqqallar, ziyalılar, hərbçilər və şəhidin döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs edərək, bu zəfərin əldə olunmasında igid oğullarımızın göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılar üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, Məmmədov Rasim Əbdül oğlu 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. O, Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2000-ci ildə ali hərbi məktəbi bitirərək leytenant rütbəsi alıb və Silahlı Qüvvələrdə xidmətə başlayıb. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, “Vətən uğrunda” və “Qüsursuz xidmətə görə” II dərəcəli medalları ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: