FHN bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı olaraq əhaliyə təkrar müraciət edib

A- A A+

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə təkrar müraciətində qeyd olunub. FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır: “Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: