Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 30 mart – 5 aprel tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 83, tankəleyhinə 34 mina və 2 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 2278,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
