Naxçıvan Tibb Kolleci 2019/2020-ci tədris ili üçün “Hərbi feldşer işi” ixtisası üzrə tələbə qəbulu elan edir

A- A A+

NUHÇIXAN sizi Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına 2019-2020-ci tədris ilində namizəd qəbulu qaydaları tələb olunan sənədlərlə tanış edir:

Ümumi müddəalar:

Təlim dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 3 il

Yaş həddi: Cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar (və qızlar) qəbul olunurlar.

Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 20.04.2019-cu il tarixdən 20.05.2019-cu il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Şəxsən yazılmış tərcümeyi-hal

2. Doğum haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş)

3. Şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş)

4. Təhsil aldığı yerdən xasiyyətnamə

5. Tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış “Forma 63”)

6. 4 ədəd rəngli fotoşəkil (3x4 santimetr)

7. Valideynlərin və ya qəyyumluq edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri (valideynləri vəfat etdiyi halda ölüm haqqında şəhadətnamənin surəti)

8. İstənilən səbəbdən hərbi tibb fakültəsində təhsil almaqdan imtina etməsinin tələbənin Naxçıvan Tibb Kollecindən xaric olunması ilə nəticələnməyi barədə abituriyentin götürdüyü öhdəlik

9. Tibbi göstərişlərə görə qanın Vasserman, İİÇV seroloji reaksiyasına və hepatit B, C daşıyıcılığına müayinəsinin nəticələri

10. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi xəstəliklər üzrə qeydiyyatda olub-olmaması haqqında arayışlar. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən Naxçıvan Tibb Kollecinin sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.

2019/2020-ci tədris ili üçün Hərbi feldşer işi ixtisası üzrə tələbə qəbulu elan edilir

1. Hərbi feldşer işi ixtisasına təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) həyata keçirilir. Dövlət təhsil alanların qeyd olunan ixtisas üzrə pulsuz təhsil almaq hüququnu təmin edir. Təhsil Azərbaycan dilində, əyani formada 3 il müddətinə aparılır.

2. Hərbi feldşer işi ixtisasına cari ildə tam orta təhsilini başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış, hərbi-həkim komissiyasının rəyinə əsasən (namizəd Naxçıvan Tibb Kollecinin göndərişi əsasında hərbi xidmətə yararlılığını təyin etmək üçün hərbi-həkim komissiyasından keçirilərək rəy alır) qeyd olunan ixtisas üçün yararlı sayılan və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş namizədlər (qızlar və oğlanlar) qəbul olmaq hüququna malikdirlər.

3. Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul 2 mərhələdə aparılır. Qəbul olunmaq istəyən namizədlər “Abituriyentin elektron ərizə”sində orta ixtisas təhsil formasını seçərək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət edir və hərbi-həkim komissiyasından keçirilir. Hərbi-həkim komissiyasından müvəffəqiyyətlə keçmiş və Hərbi feldşer işi ixtisasına keçid balını toplayan namizəd həmin ixtisasa qəbul olunur.

4. Hərbi feldşer işi ixtisasına sənədlərin qəbulu 2019-cu il aprelin 20-dən mayın 20-dək Naxçıvan Tibb Kollecində aparılacaq.

Hərbi feldşer işi ixtisasına qəbul 2 mərhələdə aparılır

1-ci mərhələdə qəbul olmaq istəyən namizədlər hərbi-həkim komissiyasından keçməlidirlər. Hərbi-həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildiriləcəkdir. Hərbi-həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər qeydə alınır. Qeydə alınmış namizədlərin adlı siyahısı Naxçıvan Tibb Kollecinə və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublika Regional Bölməsinə göndərilir. 2-ci mərhələdə qeydə alınan namizədlər Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul üçün keçiriləcək test imtahanında iştirak edərək keçid balını toplamalıdırlar. Qeyd: Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına hərbi-həkim komissiyasının rəyinə əsasən yararlı sayılan və qəbul imtahanında keçid balını toplamış namizədlər qəbul olunurlar. Əlaqə nömrələri: 545-03-53 545-03-52

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: