Aprelin 24-dən 30-dək ölkəmizdə immunlaşdırma həftəsi keçiriləcək

A- A A+

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əmrə əsasən bu il aprelin 24-dən 30-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Sənəddə, həmçinin hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, həftə ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinq keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi məsələləri də öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: