Şərur rayonunda qarğıdalı əkinlərinə başlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, ötən il Şərur rayonunda 898 hektarda qarğıdalı əkilib, hər hektardan 100 sentner olmaqla, ümumilikdə 8 min 997 ton məhsul götürülüb. Bu il də qarğıdalı əkinləri üçün kifayət qədər yer ayrılıb və bu sahə ilə məşğul olanların sayı artıb. Havalar mülayim keçdiyinə görə, torpaq mülkiyyətçiləri qarğıdalı əkininə tez başlayıblar. Mütəxəssislər bildirirlər ki, sahələrdən bol məhsul götürülməsinin əsas səbəblərindən biri də keyfiyyətli və dərmanlanmış toxumun əldə olunmasıdır.

2019-cu il  muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Bu mühüm addım Şərur rayonunda ailə təsərrüfatlarının inkişafı ilə bağlı əlverişli şərait yaradıb. Şərur rayonunda torpaq mülkiyyətçilərinin əsas məşğuliyyəti əkinçilik olduğuna görə, onlar hər il qarğıdalı, kartof, soğan və digər məhsullar əkirlər. Muğancıq  Mehrab kənd sakini, ailə təsərrüfatı başçısı Səfər Cəfərov da bu sahə üzrə ixtisaslaşıb. O, ötən il 4 hektar sahədə qarğıdalı əkib və yüksək məhsul əldə edib.

                                      Turab Hacızadə

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: