Naxçıvan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin  Penitensiar xidmətinin Müsabiqə Komissiyasından NUHÇIXAN-a bildirilib ki, Xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2026-cı ilin aprel ayının 13-dən 20-dək açıq müsabiqə keçirilir. 

Vakant vəzifələr penitensiar müəssisələrdə orta rəis heyəti vəzifələri üçün hüquqşünaslıq, iqtisadiyyat, energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi  ixtisasları üzrə ali təhsil tələb edilən vəzifələrdir.

Vakant vəzifələr xidmətin Mühafizə taborunda kiçik rəis heyəti vəzifələri üçün ən azı tam orta təhsil tələb edən, mühəndis (texniki avadanlıq qurğuların təmiri üzrə usta), elektrik, mühərrik ustası, çilingər və kinoloq vəzifələridir.
Bu vəzifələrə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilərlər.

Həmçinin işləmək arzusunda olanlar penitensiar müəssisələrində vakant olan böyük mütəxəssis (komputer operatoru), aparacı mütəxəssis (kargüzar), santexnik, komendant, aşbaz vəzifələr üzrə  dövlət qulluqçusu olmayan mülki vəzifələrə də müraciət edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə ilə yuxarıda qeyd edilən tarixlərdə  Penitensiar xidmətin Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1B ünvanında yerləşən inzibati binasında İnsan resursları şöbəsinə müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: