FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, aprelin 8-də yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 kilometr şərqdə, Xəzər dənizi ərazisində 70 kilometr dərinlikdə 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: