Naxçıvanda içməli su anbarlarının dezinfeksiyası işlərinə başlanılıb - FOTOLAR

A- A A+

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşlarının iştirakı ilə müvafiq normativ sənədlərə və sanitariya qaydalarına əsasən, içməli su anbarlarının təmizlənməsi və dezinfeksiyasına başlanılıb.

NUHÇIXAN xəbər verir ki, ilkin olaraq Culfa şəhəri və Culfa rayonunun Yaycı kəndində yerləşən içməli su anbarlarında aparılan təmizlik prosesi çərçivəsində anbarlar xüsusi dezinfeksiyaedici məhlullar vasitəsilə yuyulub, çöküntülərdən və kənar maddələrdən təmizlənib. Eyni zamanda, suyun keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator analizlər aparılması üçün müvafiq nümunələr götürülüb.

Analizlərin nəticələrinə əsasən, əhaliyə veriləcək içməli suyun fiziki, kimyəvi və mikrobioloji göstəricilərinin mövcud standartlara uyğun olduğu təsdiq edildikdən sonra anbarlar yenidən su ilə doldurularaq şəbəkəyə buraxılacaq.

Qeyd edək ki, su anbarlarının təmizlənməsi və dezinfeksiyası işləri muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: