“İdeyadan başlanğıca” layihəsinə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilib.

Mövzu ilə bağlı ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə yanaşı digər hami təşkilatların nümayəndələri və 100-dən artıq tələbə iştirak edib.

Tədbirdə çıxış edənlər Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən, keçiriləcək təlimlərin tələbələrə verəcəyi töhfədən danışıblar.

Naxçıvan Muxtar Respublikası Maliyyə Naziriliyinin aparat rəhbəri və Nazirlik üzrə Ekspert Qrupunun rəhbəri Tural Şirəlizadə hamiliklə bağlı verilmiş ilk sərəncam əsasında görülmüş işlərin və əldə olunmuş uğurların ikinci sərəncam üçün necə özül hazırladığı barədə məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, Ekspert Qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilib. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.

Sonda tələbələrin ideyaları ilə bağlı Ekspert Qrupunun üzvləri ilə birlikdə ümumi fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrdə digər hami təşkilatların nümayəndələri də öz fikirlərini bölüşüblər.   

Qeyd edək ki, təlimlər yalnız Maliyyə Nazirliyinin hami olduğu maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alanları deyil, bütün ixtisaslar üzrə təhsil alan tələbələri əhatə edərək onlara öz layihələrini işləyib hazırlamaq, əsaslandırmaq və təqdim etmək sahəsində istiqamətlər verməyi əsas götürür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: