Sədərəkdə Nəsiminin 650 illik yubileyi qeyd edilib - FOTOLAR

256

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar genişmiqyaslı tədbir keçirilib.

Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin  kollektivi iştirak ediblər.Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov  İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışıb, onun şeir və qəzəllərinin məzmunun ümumbəşəri olduğunu vurğulayıb. Qeyd edib ki, Sədərək rayonun məktəblərində Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi şagirdlərdə poeziyamıza və ədəbiyyatımıza marağı artırmaqla yanaşı onların əsl vətənpərvər kimi böyüməsinə müsbət təsir göstərir. Sonra məktəbin  müəllimi Sevin Səfərzadə Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, Nəsimi təkcə Azərbaycan qəzəlini dünyaya tanıtmayıb, həm də doğma dilimizdə yazdığı qəzəlləri ilə onun inkişafına töhfə  verib.

Şagirdlər  şairin "Ağrımaz" və "Yanaram" qəzəlini səsləndiriblər.

Sonda "Nəsimi" filminə baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: