Milli Məclis Azərbaycan ilə Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi ilə bağlı sazişi ratifikasiya edib.
NUHÇIXAN xəbər verir ki, parlamentin aprelin 10-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
