Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan kinosu günü” layihəsi həyata keçirilir. Məqsəd vətəndaşlar arasında milli kinomuzu təbliğ etmək, maraqlı süjet xətti və rejissor işi olan filmləri tanıtmaqdır.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Film Fondu layihə çərçivəsində Culfa rayon Qazançı kənd Mədəniyyət Evində kənd ictimaiyyətinə “Yol əhvalatı” filminin nümayişini təşkil edib.
Filmin nümayişindən əvvəl haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetən komediya filmi 1980-ci ildə lentə alınıb. Rejissoru Teymur Bəkirzadədir. Quruluşçu operatorlarŞərif Şərifov və Ələsgər Ələkbərov, bəstəkarı Polad Bülbüloğludur. Rolları Səyavuş Aslan, Həmidə Ömərova, Yaşar Nuri, Hacı İsmayılov, Sofa Bəsrizadə, Eldəniz Zeynalov və digərləri canlandırırlar.
Film kənd ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.