Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətində “Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın memarlıq irsi” mövzusunda görüş keçirilib. 

Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail Rayon Təşkilatının nümayəndəsi Əfəndi İbrahimli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektor müdiri Aqşin Hüseynli, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova və Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi hörmət və ehtiramla yad edilib.

Toplantı çərçivəsində ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi kimi rayon ictimaiyyətinə təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: