Ötən il Naxçıvanda 3437 uşaq doğulub

A- A A+

2025-ci ildə Naxçıvanda 3437 uşaq dünyaya gəlib.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, doğulan uşaqlardan 1765-i oğlan, 1672-si isə qız olub.

Muxtar respublikada 2025-ci ildə uşaqlara ən çox qoyulan adlar da açıqlanıb. Belə ki, oğlan uşaqları arasında ən çox seçilən ad "Uğur" olub, 62 ailə övladına bu adı verib.

Qız uşaqları arasında isə ən populyar ad "Miray" olub. 2025-ci ildə 69 uşağa bu ad qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: