Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb - FOTOLAR

A- A A+

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: