Rabitə Evi yenidən qurulur

A- A A+

Bu il Culfa rayonunda həyata keçirilən tikinti-quruculuq işləri sırasında Culfa şəhərinin mərkəzində zirzəmi və üç mərtəbədən ibarət olan rayon Rabitə Evinin yenidən qurulması da var. Binanın tikintisini  Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon Tikinti Quraşdırma İdarəsi həyata keçirir. Rabitə Evinin yenidən qurulması işinə bu ilin mart ayının əvvəlindən başlanılıb. Hazırda binanın fasad hissəsində suvaqçəkmə, çardağın yenidən qurulması, daxili hörgü işləri aparılır.

Rabitə Evinin 1-ci mərtəbəsində mühafizə, bağlama və çeşidləmə, qəzet və jurnal yayımı, NAXTEL-4G müştərilərinə xidmət, texniki xidmət, təsərrüfat müdiri, soyunub-geyinmə otaqları, xidmət zalı yerləşəcək.

Binanın 2-ci mərtəbəsində Poçt filialı rəisinin otağı, mühəndis-elektronçu, poçt şöbə rəisi, mühasib, baş mühasib, xəzinədar, atriom, arxiv otaqları nəzərdə tutulub.

Üçüncü mərtəbədə mühəndis, baş mühəndis otaqları, iclas zalı, Rabitə Evinin foyesi, Rabitə Şöbəsi rəisinin otağı, qəbul otağı, mühasibatlıq, nəzarətçi, kros, ATS və s. otaqlar olacaq.

Binanın zirzəmisində isə qazanxana, elektrik otağı, yeməkxana, qarderob, texniki işçilər üçün otaqlar, xətt sahə rəisinin otağı və sair nəzərdə tutulub.

    

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: