Hazırkı dünyada gənclər arasında sanki bir “məna problemi” yaşanır. Onlar özlərinə qapılan zaman bəzən "nə üçün yaşayırıq?" sualına cavab verməkdə çətinlik çəkirlər. Halbuki onlar yetərincə maddi qayğı ilə əhatə olunublar. Amma o da var ki, maddiyyatmüasir insanı xoşbəxt etməyə yetmir. Anlamalıyıq ki, yaşadığımız dünyanın maddi zənginlikləri ilə yanaşı mənəvi zənginlikləri də var. Dünya təkcə maddiyyatdan ibarət deyildir. Düzdür bu fikirlə indiki gənclərin çoxu demək olar ki, razılaşmır. Maddi zənginliyin cəmiyyətdə onlara sanki əlavə olaraq hər yerdə söz sahibi olmaq haqqı verəcəyini düşünürlər. Onu hətta xoşbəxtliyin, firəvanlığın əsas meyarı kimi görürlər.Gəncləri bu cür düşüncəyə bir çox amillər sövq edir ki, bunlardan ən əhəmiyyətlisi yetkinlik yaşına çatandan bəzi valideynlərin uşaqlarına ancaq pul qazanmaq, varlanmaqhaqqında tövsiyələridir.
Mənəvi tərbiyə məsələsinə gəldikdə isə öyrədilənlərbəzən gəncin şüurunda o qədər də dərin oyanış yaradacaq səviyyədə olmur.Həyata yeni atılan gənc insan olduğu mühitin, yaşadığı çevrəninmənfi təsirlərindən çox zaman yanlış yönə istiqamət alır. Nəticədə isə əlindəkilərlə kifayətlənməyən, cəmiyyətlə razılaşmayan, aqressiv, təvazökarlıqdan uzaq bir şəxsiyyətin təməli qoyulur. Maddiyyatın azlığı həyata hazır olmayan gənc insanın əzablarını çoxaldır və onu mənəvi əziyyətə sürükləyir. Universitetlərdəki tələbələrisə hələ ali təhsilini bitirməmiş çox pul qazanmaq haqqında düşünür, gələcəkdə böyükbiznes sahibi olmaq arzusunda olurlar. Bu bir tərəfdən yaxşıdır. Gənc öz gələcəyinidüşünür, planlayır. Digər tərəfdən isə arzu və istəklərinin böyüklüyü,hədsizliyi daha təcrübəli kimdənsə yardım almadıqda onun ruhi iztirabına səbəb olur.
Xəyal qurmaq, arzulamaq insani xüsusiyyətlərdəndir. Arzularınaçatmaqistəyən gənc başa düşməlidir ki, o çox çalışmalı, ən kiçik uğursuzluqda məyus olub depresiyaya qapılmamalıdır. Dəyişdirə bilməyəcəyi şeyləri isə olduğu kimi qəbul etməlidir. İnkişaf etmiş hər bir cəmiyyətin mənəviyyatlı, ideyalı, düşünən, prinsipləriolan insanlara ehtiyacı vardır. İnsanın mənəvi inkişafdan geri qalmasının ilk səbəbi məhz dövrümüzün az qala bəlasına çevrilən tənbəllikdir. Yersiz tənbəllik gənclərin öyrənmək, axtarmaq maraqlarının azalmasına səbəb olur. Oinsanın maddi və mənəvi inkişafınındüşmənidir. İnsan bu mənfi xüsusiyyəti aradan qaldıraraq, öz üzərində çalışmalı, mütaliə etməli, maariflənməli, yeni biliklərə yiyələnməli,dünya görüşünü artırmalıdır. Hazırda müasir texnologiyaların yaratdığı auranın nəticəsində gənclərin mütaliəyə marağı 30 il əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Onlarda kitab oxumaq maraqları azdır. Bu da öz növbəsində mənəvi inkişafın geriləməsinə səbəb olan amil kimi qiymətləndirilməlidir.
Yaxşı bilməliyik ki, düzgün əqidəsi, əxlaqi dəyərləri olan insan hər zaman həyatda uğur qazanacaqdır. Həyatı bəsit yaşamağı hamı bacarar. Əsas olan mənaya yönəlmək, qəlbimizi saflaşdırmaq, orada həsədin, kinin kök salmasına izin verməməkdir.
Xoşbəxtliyi axtaran insan başqalarında qüsur axtarmamalı, öz yolunda irəliləməlidir. Hər insanmaddi rifahı üçün ehtiyat yığırsa, mənəvi keyfiyyətlərdən-səbr, dürüstlük, sədaqət, mərhəmət, cəsarət və bu kimi başqa dəyərləri də ruh aləminin rahatlığı üçünözünə aşılamalıdır. Ruhi dünyası rahat olmayan insan xoşbəxt ola bilməz.
Çətinlik əslində insanı tərbiyə edən müəllim kimidir. İnsanın başına gələn hər xoşagəlməz hadisə onun imtahanıdır. İztirablardan möhkəmlənməyi bacarmaq mənəvi rahatlığa açılan bir pəncərədir. Mövlana deyirdi: “Qəm və kədər Allahınbizim üçün verdiyi bir xəzinədir. Bu yolda çəkilən əziyyət isəqızıl mədəndir. Qəmə, dərdə düşən o mədəni qazmağa başlayar. Səbrləo mədəni qazan sonda xəzinə ilə qarşılaşar.” Bəşər övladı hər şeyi maddiyyatla ölçməməli, ruhunu da qidalandırmalı, kamilləşməli, müdrikləşməlidir.
Səbrvə ya hadisələrə soyuqqanlı yanaşma bütün xoşbəxtliklərin açarıdır. Səbr etdikcə insan dözümlü olur, möhkəm olur, nəticəyə çatmaq bu halda daha zövqlü olur. İnsan sonsuz səbri sayəsində müdrikləşir, həyata fərqli bir bucaqdan baxır. Səbri olanınruhu sakit olar.Hər bir şəxsqarşısınaçıxan hansısa çətinlikdə məyus olubyolundan geri çəkilməməlidir.İndiki gənclər ən kiçik bir uğursuzluqda, narahatçılıqda çox vaxt səbrsizlik göstərir, hətta doğru yoldan uzaqlaşırlar. Hər nə səbəbdən olsa da,doğru yoldan uzaqlaşan adamın itirdikləri daha çox olur. Onları sonradan bərpa etmək isə bir qədər əlavə zəhmət və vaxt istəyir.
Gənc nəslin mənəviyyatını zənginləşdirilməsindəəsas mənəvi məsuliyyət yaşadığımız cəmiyyətdə elmi, mədəni, dini fəaliyyəti ilə müəyyən mövqeyi olan kamilinsanların üzərinə düşür. Belə insanlarbilikləri, qabiliyyətləri ilə gənc nəslə nümunə və faydalı olmalıdır. Onlaristər cəmiyyətdə, istərsə də fəaliyyədə olduğusahələrdə yeni nəsillərə mənəviyyatın maddi dəyərlərdən daha yüksəkdə dayandığını izah etməyi bacarmalıdırlar. Onlara mənəvi dünyanın qapılarını açmaqda köməklik göstərməlidirlər. Yalnız bu yolla mənfi keyfiyyətlər gənc nəslin mənəvi aləmindən uzaq tutula bilər.
Yaşlı və təcrübəli nəsil çalışmalıdır ki, gənclər mənəvi dəyərlərlə, əsl insan kimiyetişsinlər. Onların qəlbindən nifrət, kin, həsəd uzaq olsun. Bütün bu mənfi emosiyalar insanın mənəvi inkişafına çox ciddi şəkildə zərbə vuran hallarıdır.Əsl insan təvazökar və mehriban olmalıdır. Təkəbbür insana heç nə qazandıra bilməz.
Xəfayət Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi