Ötən gün 37 cinayətin açılması təmin olunub

A- A A+

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 71, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Ümumi çəkisi 23,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: