Yaşıllıq sağlam həyat deməkdir - FOTOLAR

A- A A+

Muxtar respublikanın hər yerində olduğu kimi Culfa rayonunda da yaşıllaşdırma işləri intensiv olaraq aparılır. Bu ilin yaşıllaşdırma aylığında Culfa düzündə 6, Camaldında 0,4, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin ətrafında 2,3 Milax kəndində 0,4 ümumilikdə 9,1 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılıb.

Bu ərazilərdə 2640 meyvə (əsasən badam), 500 meşə, 450  üzüm kolu əkilib. Rayon ərazisində  üzümlüklərin bərpa olunmasına da diqqət artıb. Yeni üzüm bağlarının salınması üçün Kırna kəndində 0,5 hektar sahədə şitillik yaradılıb. Qısa müddət ərzində burada 15 mindən artıq üzüm çubuqları əkilib və bu iş davam edir.

Həmçinin Naxçıvan-Culfa və Culfa-Ordubad magistral yolunun kənarlarında salınmış yaşıllıqlarda bərpa işlərinin yerinə yetirilməsi də diqqətdə saxlanılıb. Belə ki, Culfanın giriş hissəsində 1 hektar ərazidə 150 badam, Culfa düzündə 1 hektar ərazidə 200  meyvə, 0,5 hektar sahədə 150  üzüm kolu, "Darıdağ" Arsenli Su Müalicəxanasına gedən yolun 0,5 hektarında 120 meyvə ağacı əkilməklə ümumilikdə 3,6 hektar ərazidə 470 meyvə, 150 meşə, 150 üzüm kolu əkilib.

Yaşıllıqların salınması Culfa şəhərdaxili və yaşayış binalarının ətrafında da diqqətdə saxlanılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının  kollektivləri 136 həmişəyaşıl ağac, 897 çoxillik gül kolu əkiblər. Doğma yurdumuzu yaşıllıqlar diyarına çevirmək üçün bütün imkanlardan istifadə olunur.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: