Soğan əkininə başlanılıb

A- A A+

Culfa rayonunun     təsərrüfat adamlarının diqqət göstərdiyi gəlirli bostan məhsullarından biri də soğandır. Rayonun Yaycı, Dizə, Ərəzin, Əbrəqunus, Saltaq  və digər kəndlərində pay torpaqlarında soğan əkininə üstünlük verilir. Bu gəlirli təsərrüfat sahəsinin inkişafı üçün təsərrüfat adamlarına lazımi şərait yaradılır. Dövlətimizin təsərrüfat adamlarına, o cümlədən ailə təsərrüfatlarına göstərdiyi dəstəkdən bəhrələnən torpaq mülkiyyətçiləri yararlı və məhsuldar torpaq sahələrini ilbəil genişləndirir, daha çox gəlir gətirən məhsul istehsalına diqqəti artırırlar.

Yaycı kəndinin təsərrüfat adamları digər bostan və tərəvəz məhsulları ilə bərabər soğan əkininə də diqqət yetirirlər. Muxtar respublikamızda Yaycı soğanı öz keyfiyyəti və dadı ilə tanınır. Yazın ilk aylarından kəndimizin təsərrüfat adamları 15 hektara qədər sahədə şum aparıb, soğan səpini üçün sahələri əkinə hazır vəziyyətə gətiriblər

Kənd sakinləri bildirir ki, əvvəllər soğan toxumlarını kənardan gətirirdik. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edirik. Əsasən növbəli əkinə üstünlük verilir. Çünki növbəli əkin məhsuldarlığın artırılmasında mühüm şərtlərdən biridir.

Təsərrüfat adamları yaxşı bilirlər ki, torpağa düzgün qulluq edilsə, bol məhsul götürmək olar. Təsərrüfat adamlarının yüksək əhvali-ruhiyyəsi onu deməyə əsas verir ki, bu il də Yaycıda bol soğan istehsal olunacaqdır.

 

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: