Şuşa rayonunun Quşçular kəndində 16 aprel 1962-ci ildə dünyaya gələn Rizvan Teymurov Şuşa Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb. O, 1991-ci il dekabrın 9-da Əsgəran rayonunun Kərkicahan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qəhrəman heç vaxt ailə qurmayıb. Valideynləri — atası Rəhman Teymurov (1937–2013) və anası Zərifə Teymurova (1937–2012) Bakı şəhərində vəfat ediblər.
Onun xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Nurtac İsmayılova
