Xalq teatrı yeni tamaşanın son məşqlərini aparır

A- A A+

Rayon Mədəniyyət Sarayında Xalq teatrının üzvləri  Əbdürrəhim bəy Haqverdiyevin “Məşədi Qulam qiraət edir” pyesi əsasında eyniadlı tamaşanı yaxın günlərdə teatrsevərlərə təqdim edəcəklər. Hazırda tamaşanın səhnələşdirilməsi üçün məşqlər davam edir.

Rayon Mədəniyyət şöbəsinin müdiri Mübariz Əliyev bildirir ki, bu il rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyət işçilərinin böyük sevincinə səbəb oldu. Çünki kollektivimiz tamaşalar hazırlamaqda, tədbirlər keçirməkdə çətinliklər çəkirdi. Müasir arxitektura üslubunda tikilərək istifadəmizə verilən Mədəniyyət Sarayı sayəsində biz artıq mədəni-kütləvi tədbirlərin keçirilməsində heç bir problemləüzləşmirik. Göstərilən diqqət və qayğıdan istifadə edən Xalq teatrının üzvləri də bu qayğıya əməli işi ilə cavab verməyə çalışırlar. Bunun üçün tez-tez mədəni-kütləvi tədbirlər təşkil edir, rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə çalışırlar. Elə “Məşədi Qulam qiraət edir” pyesi əsasında eyniadlı tamaşanın səhnələşdirilməsi də bu məqsədə xidmət edir.

Tamaşanın quruluşçu rejissoru Namiq Mehdiyev tamaşaçılara yaxşı bir əsər təqdim etmək üçün mütəmadi məşqlərin getdiyini vurğuladı. Bildirdi ki, teatrın musiqi tərtibatçısı Emin Hüseynovun, quruluşçu rəssam Səxavət Paşayevin və baş rolların ifaçılarının səyi ilə tamaşanı çox yüksək səviyyədə teatrsevərlərə təqdim etmək arzusundayıq. Ona görə də çox ciddi şəkildə qarşıya qoyulan məqsədə çatmağa çalışırıq.

Səhnə dekorasiyalarının maraqlı  tərtibatı, musiqilərin tamaşanın ümumi ahənginə uyğunlaşdırılması, rolların daxili aləmini açan geyimlərin hazırlanması və başqa bir çox cəhətlərə də ciddi diqqət yetirilir. Bütün bunlar isə tamaşanın uğur qazanacağına təminat yaradan əsas səbəbdir.

Kollektiv komediyanın məşqlərinə yanvar ayının əvvəllərindən başlayıb. Komediya birpərdəlidir. Əsərin hazırlanmasında, ərsəyə gəlməsində Xalq teatrının üzvləri Elbəyi Qəhrəmanov, Emin Hüseynov, Vahid Məlikov, Səadət Abdinova, Abbasəli Abbasov və İlahə Nəcəfova əsərin məzmununun tam, dolğun  açılması üçün bütün imkanlarından istifadə etməyə çalışırlar. Hər kəs də öz işini böyük ürəklə, məharət və bacarıqla yerinə yetirir. Müntəzəm olaraq keçirilən məşqlər davam etdirilir. Əmink ki,  ötən illərdə Xalq teatrında səhnə həyatı verilən  digər tamaşalar kimi, bu tamaşa da teatrsevərlərin rəğbətini qazanacaq.

  

                 “Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: