Rəmzi Tahirlinin dosyesini təqdim edirik:
NUHÇIXAN xəbər verir ki, 1991-ci ildə Şahbuz rayonunda anadan olan Rəmzi Tahirli 2012-ci ildə Naxçıvan Özəl Universitetinin Filologiya istiqaməti üzrə Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib.
Əmək fəaliyyətinə media sahəsində başlayan R.Tahirli 2013–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərib. Son təyinatadək isə həmin nazirliyin mətbuat xidmətində çalışıb.
Peşəkar fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülən R.Tahirli “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub. O, həmçinin 21 iyul 2025-ci il tarixli sərəncama əsasən “Rəşadətli əməyə görə” nişanı ilə mükafatlandırılıb.
Ailəlidir, bir övladı var.
