NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Mustafa Kamal Atatürk küçəsində qeydə alınıb. Belə ki, 75-BA-845 dövlət nömrə nişanlı “Peugeot”, 75-TA-343 və 75-BL-515 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobillər toqquşub.
Qəza zamanı avtomobillərdən biri yaxınlıqdakı evin darvazasına çırpılıb və nəticədə əmlaka ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi maddi zərər dəyib.
Faktla bağlı hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
