Bu gün Naxçıvan Muxtar Respublikasında məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır.
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində olub, 2000-ci ildən ötən müddət ərzində sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi məqsədilə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox güzəştli kreditlər ayrılıb.
Bu, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və muxtar respublikanın xarici ticarət əməliyyatlarının həcminin artmasına öz töhfəsini verib. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir.