NUHÇIXAN-ın məlumatına görə, hadisə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü Kazımova Səyyarə Kazım qızını vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
