Naxçıvan Muxtar Respublikasında müşahidə olunan yağışlı hava şəraiti səbəbindən Bakı–Naxçıvan istiqamətində həyata keçirilən aviareys gecikir.
NUHÇIXAN-ın məlumatına görə, saat 18:50-də Bakıdan Naxçıvana uçmalı olan J2-251 saylı reys təxirə salınıb. Uçuşun saat 19:55-də həyata keçirilməsi planlaşdırılır.
Bununla bağlı sərnişinlərə AZAL tərəfindən bildiriş mesajı göndərilib.
