ASAN Karyera Akselerasiya Proqramı başlayır

A- A A+

“ASAN xidmət”in ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən AKAP – ASAN Karyera Akselerasiya Proqramına start verilir. Layihə insan kapitalının inkişafını əmək bazarının müasir tələblərinə uyğun şəkildə dəstəkləməyi hədəfləyir.

3 ay davam edən və 48 saatlıq intensiv mərhələni əhatə edən proqram iştirakçıların peşəkar və yumşaq bacarıqlarını inkişaf etdirərək onların daha rəqabətli və çevik mütəxəssislər kimi formalaşmasına yönəlib.

Proqram çərçivəsində qərarvermə, problem həlletmə, kommunikasiya və komanda işi bacarıqları, eləcə də innovativ düşüncə, süni intellekt alətlərindən istifadə və strateji yanaşmalar inkişaf etdirilir. Təlimlər interaktiv və praktiki əsasda keçirilir, mentor və kouç dəstəyi təqdim olunur.

Proqram beynəlxalq tərəfdaşlarla, Sabancı Universiteti, Qlobal İnnovasiyalar İnstitutu ilə birgə keçirilir. Sonda iştirakçılara birgə sertifikat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: