NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistral yolunda qeydə alınıb. Belə ki, 67-CA-327 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 10-FZ-653 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrindən biri yoldan çıxıb, digərində olan yüklər isə yola dağılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
