Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub. Muzeydə tələbələrə muzey və görkəmli rəssamın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Qeyd edilib ki, muzeyin fondunda ümumilikdə 1250-dən artıq eksponat vardır ki, bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur ki, bunlardan 61-i orijinal rəsm əsəridir. Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır.

 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: