“Xəmsə” milli intellektual oyununun muxtar respublika birinciliyi keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Gənclik Mərkəzi”ndə gənclər arasında keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinciliyi olub. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin də iştirak etdiyi oyunda ümumilikdə 42 komandada 210 gənc iştirak edib.

Birincilikdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada həyata keçirilən gənclər siyasəti, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar  haqqında məlumat verib. Nazir gəncləri keçirilən tədbirlərdə fəal olmağa çağırıb və komandalara uğurlar arzulayıb.

“Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyunda ən yüksək xal yığaraq birinci və ikinci yerə çıxan komandalar finala vəsiqə qazanıb. Sonda “Diplomat” komandası I, “Turan" komandası II, “Qisas” komandası isə III yerə layiq görülüb. Qalib gələn komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, oyunda qalib olan komandalar “Xəmsə” Milli İntellektual Oyununun XI Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəklər.

 

                                                                                   Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: