“Bu günün çay dəsgahı” tamaşası Culfada oynanılıb - FOTOLAR

131

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrı Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” pyesinin motivləri əsasında hazırladığı “Bu günün çay dəsgahı” iki şəkilli alleqorik komediyasını Culfa Rayon Mədəniyyət Sarayında uşaq və məktəblilər üçün nümayiş etdirib. Ədəbiyyatımızda ilk alleqorik və mənzum dram əsəri olan  bu dram əsərinin motivləri əsasında hazırlanan tamaşa bu günümüzlə əlaqələndirilib.

Tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyeva və musiqi tərtibatçısı Mirsaleh Seyidovdur. Rolları Uğur Nəsirli, Nurlan Qafarov, Səkinə Məmmədova, Nihad Mahmudov, Mirmehdi Seyidov, Tuncay Əşrəfov, Ülvi Bədəlov, Aysu Dünyamalıyeva, Heyran Abdullayeva ifa edirlər.  Gənc və yeniyetmə aktyorların oyununu tamaşaçılar  maraqla qarşılayıblar.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: