NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi keçirilib. Tədbirdə Sədərək rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi də iştirak edib.
Tədbirdə Sədərək rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılov, “Pedaqoji fikir tarixindən” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Ülviyyə Zeynalova, Vəfa Həsənova və Tahirə Qasımova kitabla bağlı çıxışlar edib, pedaqoji təcrübənin qazanılmasında onun əhəmiyyətini vurğulayıblar.
Sonra şagirdlərin ifasında kompozisiya nümayiş olunub, kitabdakı məqalələrdən parçalar oxunub və hikmətli fikirlər səsləndirilib.