Ali təhsil ocağında növbəti elmi-praktik konfrans

117

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Baba Nemətullah Naxçıvani: mühiti və dünyagörüşü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda universitetin rektoru Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında ötən il imzaladığı Sərəncamı diqqətə çatdırıb.

Sonra çıxış edənlər  Baba Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olduğunu qeyd ediblər. Həmçinin alimin fəlsəfi dünyagörüşü və yaşadığı mühitlə bağlı ətraflı məlumat verilib.  

Diqqətə çatdırılıb ki,  Nemətullah Naxçıvani “Qurani-Kərim” i bütövlükdə  təfsir edən ilk alimdir.

 

Badəm Məmmədova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: