www.dqmk.nmr.az saytının yeni variantı istifadəyə verilib

A- A A+

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalının  (www.dqmk.nmr.az) yeni variantı istifadəyə verilib. Komissiyanın yeni internet portalı istifadəçi yönümlü olmaqla məlumatların əldə edilməsini daha da asanlaşdırıb.

Portalın başlıq hissəsində Komissiya haqqında məlumatlar və dövlət qulluğu sahəsini tənzimləyən qanunvericilik, “mətbuat xidməti” bölməsində xəbərlər, elanlar, məqalələr, hesabatlar və statistik məlumatlar, “Komissiya ilə əlaqə” bölməsində isə elektron müraciət, qəbul günlərinin qrafiki, Komissiya sədrinə birbaşa müraciət imkanı və digər əlaqə vasitələri öz əksini tapıb.

“Əsas bölmələr”də Komissiyanın fəaliyyət istiqamətləri ilə bağlı əsas məsələlər - müsabiqə elanları, dövlət qulluğuna qəbul, test imtahanı və müsahibə proqramları, təqdimatlar, etik davranış qaydaları, apellyasiya və ehtiyat kadrlara dair məlumatlar, “Faydalı keçidlər” bölməsində isə test imtahanının və müsahibənin keçirilməsi qaydaları, vakant vəzifənin tutulma şərtləri, müəllimlərin işə qəbulu və qiymətləndirilməsi qaydaları və digər alt bölmələr yerləşdirilib.

“Aktual keçidlər” bölməsində muxtar respublikanın dövlət orqanlarının portal və saytları, qanunvericilik aktlarının əldə edilməsi üçün keçidlərə, “Namizədlərin nəzərinə” bölməsində imtahan qrafikləri, nəticələri və müsabiqə elanlarına yer verilib.

Portalın aşağı hissəsində son illərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən fotoslayd, eləcə də muxtar respublikanın turizm potensialını təbliğ etmək məqsədilə tarixi abidələr, mehmanxanalar, muzeylər, restoran və kafelər barədə keçidlər öz əksini tapıb.

Portal Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi tərəfindən işlənib hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: