Kəngərli rayonunda 36 nəfərə işə göndəriş verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib.
İşaxtaran vətəndaşlar müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 17 müəssisədən 139 boş iş yerinin çıxarıldığı tədbirdə, 36 nəfərə işə göndəriş verilib.
Yarmarkada iştirak edən sakinlər yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.