Ötən gün 54 cinayətin açılması təmin edilib

A- A A+

Aprelin 22-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 102, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: