Bələdiyyə sahəsində maarifləndirmə tədbirlərinə Ordubad rayonundan başlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Ordubad rayonunun Sabirkənd kənd mərkəzində “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə seminar təşkil edilib.

Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və bələdiyyələrin qarşılıqlı münasibətləri” mövzusunda çıxış edib.

Sonra Ordubad rayonu Bist bələdiyyəsinin sədri Yaşar Həbibov Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolundan danışıb.  Qeyd edib ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatı ili” elan olunması belə təsərrüfatlara böyük önəm verilməsinin göstəricisidir və iqtisadiyyatımıza öz müsbət töhfələrini verəcəkdir. Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması üçün geniş imkan olduğunu və dövlət qayğısı göstərildiyini qeyd edib.

Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə müşaviri Xəyal Eyvazov  Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri,  Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov isə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri ilə bağlı vətəndaşlara ətraflı məlumat veriblər.

Seminarın sonunda verilən suallar ətraflı cavablandırılıb. Tədbirə qatılanlara  “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsait təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: